Bu ilin sonunda Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyasının növbəti, sayca yeddinci iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə XİN-dən məlumat verilib.
Komissiyaya Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarovla Manuçöhr Mottəki rəhbərlik edəcəklər.
Tərəflərin iqtisadi və mədəni əməkdaşlıq perspektivlərini müzakirə edəcəyi gözlənilir.
İran mənbələrinin məlumatına əsasən, iclas zamanı iki ölkə arasında viza rejiminin sadələşdirilməsi imkanları nəzərdən keçiriləcək.