Azərbaycan polisi üzərində iri həcmdə narkotik maddə olan şəxsi saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Nəsimi rayon Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat nəticəsində Ağsu rayon sakini Şövqi Etibarovu saxlayıblar. Saxlanılarkən şübhəli şəxsdə 2,2 kq. marixuana aşkar edilib.
Fakt üzrə cinayət işi açılıb.