Gəncədə prezident İlham Əliyevin doğum günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə nəhəng tort kəsilib. “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbirinin məlumatına görə, uzunluğu 30 metr, eni 3 metr, çəkisi 5 ton olan tortu Heydər Əliyev meydanında Gəncə İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kəsib.
“Demək olar ki, Şərqdə belə tortun analoqu yoxdur. Bu tort ötən ilkindən iki dəfə böyükdür. Bu, gəncəlilərin prezident İ.Əliyevə hədiyyəsidir. Çünki Gəncə daim prezidentin diqqət mərkəzindədir. Odur ki, gəncəlilər ölkə başçısına minnətdardır”,-deyə E.Əzizov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə bildirib.
Merin sözlərinə görə, Gəncədə əlamətdar bayram günləril ilə əlaqədar kənd təsərrüfatı məhsullarının yarmarkası keçiriləcək.
Təxminən 30 min şəhər sakini tortun dadına baxıb. Müğənni Roya isə konsert proqramı ilə çıxış edib.