Gəncə şəhərinin təbii qazla təchizatı sahəsində yaranmış problemlər cümə axşamı həll ediləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.
“Biz “Azəriqaz” ilə (qapalı səhmdar cəmiyyəti – Azərbaycan ərazisində qaz paylanması sahəsində dövlət inhisarçısı) əlaqə yaratdıq. Oradan bizə bildirdilər ki, qazın verilməsi magistral boru kəmərində yaranmış texniki problemlə əlaqədar məhdudlaşdırılıb”,-deyə E.Əzizov bildirib.
“Qazın verilməsi yəqin ki, sabah səhəri kimi bərpa ediləcək”,-deyə o əlavə edib.
Yanvarın 11-dən Gəncənin əksər rayonlarına verilən qazın təzyiqi azaldılıb.