Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə beynəlxalq dini konfransda çıxışı zamanı Yaxın Şərqdə vəziyyətə toxunacaq. Bu barədə QMİ-nin çərşənbə günü yaydığı məlumatda deyilir.
Məlumata görə, “Fitva və onun qaydaları” mövzusuna həsr olunmuş konfrans yanvarın 17-21-də Səudiyyə Ərəbistanında keçiriləcək. A.Paşazadə çıxışında Qəzza sektorunda vəziyyətin həll olunması üçün islam ölkələrinin birləşməsinin və qətiyyət nümayiş etdirməsinin vacibliyinə diqqəti yönəltmək niyyətindədir.
Bundan əlavə, QMİ sədri Məkkədə həcc mövsümündən sonra keçirilən Kəbə Evinin təmizlənməsi mərasiminin digər iştirakçıları ilə yanaşı Kəbə daxilində namaz qılacaq.