“AtaLeasing” şirkəti 2008-ci ildə lizinq portfelini 40% artıraraq 2009-cu il yanvarın 1-i üçün 3,5 mln. manata çatdırıb. Bu barədə şirkətin məlumatında deyilir.
2008-ci ildə şirkət 75 müqavilə bağlayıb və fəal lizinq müqavilələrinin ümumi sayı 168-ə qədər artıb. Bu müqavilələr çərçivəsində 3,7 mln. manat məbləğində avadanlıq lizinqə verilib.
Lizinq portfelinin strukturunda 91,5% Bakı şəhəri, 8,5% bölgələrin payına düşüb.
“AtaLeasing” şirkətinin lizinq portfelinin strukturuna tikinti – 34,4%, sənaye – 17,4%, nəqliyyat – 17,3%, qida sənayesi – 11,1%, ticarət – 11,1%, xidmətlər – 4,5%, yol infrastrukturu – 1,7%, toxuculuq – 1,9% sahələri daxildir. Yerdə qalan faiz göstəriciləri digər sahələrin payına düşür.
Hesabat dövründə lizinq şirkətinin gəlirləri 945,676 min manat (artım 39%), vergiöncəsi mənfəəti 341,278 min manat (artım 89%), xalis gəliri 269,945 min manat təşkil edib. 2008-ci ildə şirkət Azərbaycan iqtisadiyyatına 2,8 mln. manat məbləğində investisiya qoyub.
“AtaHolding” şirkətlər qrupunun tərkib hissəsi olan “AtaLeasing” ASC 2004-cü ilin iyulunda təsis edilib. ASC-nin təsisçiləri “AtaHolding” (64%) və “AtaBank”dır (36%). Şirkətin nizamnamə kapitalı 1 mln. manata bərabərdir.