Qiymətli Kağızlar üzrə Dövlət Komissiyası (QKDK) “Stentor” çoxsahəli müəssisəsinə Azərbaycanda “Qış festivalı” stimullaşdırıcı lotereyanın keçirilməsinin davam etdirilməsinə icazə verib. Bu barədə Dövlət Komitəsinin məlumatında bildirilir.
Xəbər verildiyi kimi, QKDK 30 dekabr 2008-ci il tarixli qərarı ilə lotereyanın keçirilməsini qadağan etmişdi. Buna səbəb kimi “Stentor” şirkətinin stimullaşdırıcı lotereyanın keçirilməsi zamanı iştirakçıların hüquqlarını təmin etməməsi, lotereyanın təşkili zamanı qanunvericiliyin pozulması göstərilib.
“Stentor”un nümayəndələri 2009-cu il yanvarın 6-da məktubla QKDK-ya müraciət edərək bütün nöqsan və pozuntuların aradan qaldırıldığını bildiriblər. Bunun əssaında şirkət lotereyanın keçirilməsi üçün icazə istəyib”,-deyə məlumatda vurğulanır.
QKDK müraciəti öyrəndikdən sonra “Lotereyalar haqqında” qanunun 9.2 maddəsinə uyğun olaraq 2009-cu il yanvarın 13-dən “Qış festivalı” stimullaşdırııcı lotereyanın keçirilməsinin bərpa olunmasını təqdir edib.