Gürcüstan tərəfi Kür çayına axıdılan çirkab sularının təmizlənməsi ilə məşğul olmaq üçün kifayət sayda vasitəyə malik deyil. Bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov çərşənbə günü Xəzər İnteqrasiya İşgüzar Klubunun iclasından sonra bildirib.
“Gürcüstanın ekologiya nazirləri müxtəlif illərdə iki dəfə Azərbaycanda olub və Kürün öz tərəflərindən çirkləndirilməsi faktını inkar etməyiblər. Onlar yaranmış vəziyyəti indiyədək köhnə avadanlığa malik olmaları ilə əsaslandırıblar ki, bunlar da çirkab sularını təmizləmək gücündə deyil”, - deyə nazir bəyan edib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycana Kürün təmizlənməsi ilə bağlı planın hazırlanması prosesinə nəzarət etməyi təklif edib, ölkə özü isə bu işi qısa vaxt ərzində görmək iqtidarında deyil.