Maliyyə Nazirliyi fevralın 6-da Bakı Fond Birjasında (BFB) 7 mln.880,8 min manat məbləğində dövlət qısamüddətli istiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirəcək.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilib.
Maliyyə Nazirliyi fevralın 3-də 10300522S seriyalı DQİ-nin yerləşdirilməsi üzrə hərrac keçirib. Hərrac zamanı çıxarılmış 15 mln. manatdan 7 mln. 119,2 min manat məbləğində DQİ yerləşdirilib. Bununla əlaqədar olaraq nazirlik fevralın 6-da həmin istiqrazların əlavə yerləşdirilməsi üzrə hərracın keçirilməsi qərarını verib.
Nominal dəyəri 200 manat olan 10300522S seriyalı 39,404 min istiqrazın tədavül müddəti 175 gün, ödəniş tarixi 31 iyul 2009-cu ildir.
DQİ-nin emissiya həcmini 20%-dən çox ötməyən qeyri-rəqabətli ərizələr hərraca buraxılır. DQİ emissiyası inflyasiya proseslərini tənzimləyən bank sektorunda izafi manat likvidliyini minimallaşdırmaq məqsədilə buraxılır.
DQİ-nin yerləşdirilməsi üzrə hərraclar Maliyyə Nazirliyi və BFB arasında 2009-cu il avqustun 29-da bağlanmış saziş əsasında həyata keçirilir.
2009-cu ildə Maliyyə Nazirliyi 1,2 mlrd. manat məbləğində DQİ yerləşdirməyi planlaşdırır.