2009-cu ilin yanvar ayında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 1 mlrd. 86 mln. 594,9 min manat təşkil edib ki, bu da ötən ilıin analoji dövrünün göstəricisindən 77,26% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilib.
Ümumi dövriyyədən əqdlərin 91,33%-i 992 млн 344,7 min manat həcmində dövlət qiymətli kağızların (artım 62,19%), 94 mln. 250,2 min manat korporativ sektorda əqdlərin (artım 81,1 dəfə) payına düşüb.
Bununla yanaşı, bu ilin yanvar ayı ərzində dövlət qiymətli kağızlar üzrə 215 əqd (azalma 7,3%), korporativ kağızlar üzrə 192 əqd (artım 6,2 dəfə) həyata keçirilib.
Hesabat ayında ilkin bazarda 33 mln. 734 min manat (artım 3,6 dəfə), təkrar bazarda 23 mln. 887,1 min manat məbləğində (2008-ci ilin yanvar ayında təkrar bazarda DQİ üzrə əqdlər həyata keçirilməyib) DQİ yerləşdirilib.
2009-cu ilin yanvarında Milli Bankın qısamüddətli notlarının ilkin bazarında yerləşdirmənin həcmi 100 mln. 739,7 min manat (azalma 52,52%), təkrar bazarda 24 mln. 733,1 min manat (azalma 2,7 dəfə) təşkil edib. Repo əməliyyatlar 809 mln. 250,8 min manat həcmində olub (artım 2,5 dəfə).
Bu ilin yanvar ayında korporativ istiqrazların təkrar bazarda yerləşdirilmə həcmi 2 mln 139,1 min manat təşkil edib (artım 31,6 dəfə).
Hesabat dövründə birja meydançasında 71 mln. 256,4 min manat (artım 182,5 dəfə), təkrar bazarda 20 mln. 854,6 min manat məbləğində səhm yerləşdirilib. 2009-cu ilin yanvar ayında səhmlərin yerləşdirilməsi üzrə əqdlərin sayı 12 dəfə, təkrar bazarda 18 dəfə artıb.