MAQATE-nin İdarə Şurasının yaxınlaşan görüşü ABŞ prezidenti Barak Obamanın Vaşinqtonun İrana münasibətdə siyasətinin dəyişməsi haqda bəyanatlarının qiymətləndirmə meyarı olacaq. Bu barədə İran-Rusiya parlamentlərarası qrupunun rəhbəri Mehdi Zanaey bəyan edib.
İranlı deputatın fikrincə, MAQATE baş direktoru Məhəmməd əl-Baradeyin İranın atom proqramı üzrə məruzəsi bir neçə gündən sonra dərc olunacaq. M. Zanaeyin fikrincə, məruzədə İranın nüvə proqramı ilə bağlı sərt mövqe olmayacaq.
MAQATE-nin İdarə Şurasının növbəti görüşü martın 2-də Vyanada açılacaq.