2008-ci ilin yekunları üzrə Şəmkir rayonunda 3937 yeni iş yeri açılıb və 225 mln. məbləğində məhsul istehsal edilib. Bu barədə rayon İcra Hakimiyyətinin başçısı Nazim Veyisov ötən ilin yekunlarına həsr olunmuş iclasda məlumat verib.
“2008-ci ildə məhsul istehsalının həcmi ötən illə müqayisədə 14% artıb”,-deyə N.Veyisov bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
O qeyd edib ki, hesabat dövründə rayonda 22156 sakinə sosial yardım ayrılıb.“2008-ci ildə rayon əhalisi 2376 nəfər artaraq 189,8 min təşkil edib”,-deyə o vurğulayıb. O deyib ki, ötən il 9 kəndə qaz verilməsi bərpa edilib, 4 məktəb təmir olunub, 6 məktəbdə istilik sistemi bərpa edilib. “Bundan əlavə, yeni doğum evi və poliklinika binasının inşası planlaşdırılır”,-deyə N.Veyisov bildirib.