Prezident İlham Əliyev və RF prezident administrasiyasının başçısı Sergey Narışkin ölkələr arasında humanitar əməkdaşlığın səviyyəsindən razıdırlar. “Bakıda MDU-nun filialının açılması humanitar sahədə əlamətdar hadisədir”,-deyə İ.Əliyev cümə günü Bakıda RF prezident administrasiyasının başçısı ilə görüşündə bildirib. Prezident əmin olduğunu bildirib ki, filial uğurla fəaliyyət göstərəcək və Azərbaycanın təhsil sahəsini möhkəmləndirəcək. “Biz RF ilə daha geniş əməkdaşlıq hadqa düşünürük”,-deyə o əlavə edib. Öz növbəsinsdə S.Narışkin Bakıda MDU-nun filialının açılmasını “yaxşı hadisə” adlandırıb. “Bakıdakı tədbirlərdə iştirak bizdə çox parlaq və isti təəssürat yaradıb”,-deyə o vurğulayıb.