“Azəriqaz” QSC (qazın nəqli və istehlakçılara çatdırılması üzrə dövlət inhisarçısı) 2003-2008-ci illərdə abonentlərdən istifadə olunan qaz haqqının toplanmasının səviyyəsini 3 dəfə artıraraq, 165,3 mln. manata çatdırıb. İdarənin rəhbəri Əlixan Məlikovun cümə axşamı rəsmi mətbuatda dərc olunmuş məqaləsində belə deyilir.
“Əgər 2003-cü ildə istehlakçılardan qaza görə ödənişlərin yığımı 55,8 mln. manat təşkil edirdisə, 2008-ci ilin yekunlarına görə, o, 2,9 dəfə artaraq 165,3 mln. manat edib. Eləcə də nəzərdən keçirilən dövrdə istehlakçıların qazla təchizatı 2,2 dəfə artaraq, 2008-ci ildə 10 mlrd. 373 mln. kubmetrə çatıb,” – deyə A.Məlikov qeyd edib.
Onun sözlərinə görə, “Azəriqaz” abonentlərinin əhali kateqoriyası üzrə ümumi sayı bu dövrdə 1,3 dəfə artaraq 1 mln. 165,763 min olub. Təbii qazla təchiz olunan rayonların sayı 2003-2008-ci illərdə 35-dən 56-a çatıb.
“Eləcə də nəzərdən keçirilən dövrdə əhalinin qaz sayğacları ilə təchiz edilməsinin səviyyəsi 4,8%-dən 98,8%-ə qalxıb. Bütövlükdə 2003-2008-ci illərdə Azərbaycanda müxtəlif diametrlərdə 2562 km. qaz boruları çəkilib və təmir olunub, qaz nəqliyyatı sisteminin yenidən qurulması nəticəsində onun qaz qəbuletmə qabiliyyəti ölkə üzrə 2,3 dəfə artaraq 11 mlrd. 287 mln. kubmetr olub. Yeraltı qaz anbarlarının aktiv tutumu 2003-cü illə müqayisədə 2008-ci ildə 2,5 dəfə artaraq 1,4 mlrd. kubmetrə çatıb,” – deyə Ə.Məlikov yazıb.