Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta seksiyasında hərracların həcmi 2009-cu ilin 1-ci rübündə 1 mln. 7 min manat ($1,251 mlrd.) təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,9 dəfə çoxdur. Bu barədə BBVB-nin informasiya-analitika şöbəsinin məlumatında bildirilir.
“Bu ilin martında Birja Elekton Hərrac Sistemində (BEST) 30 ticarət sessiyası keçirilib və 239 əqd qeydə alınıb. Martda valyuta seksiyasında hərracların ümumi həcmi 645,629 mln. manat ($802,856 mln.), hər əqdin orta həcmi $3,359 mln., orta gündəlik dövriyyə $53,5 mln. təşkil edib”,-deyə məlumatda qeyd olunur.
Martda valyuta sessiyasının hərraclarında 34 bank iştirak edib.
Martda milli valyutanın birja məzənnəsi 0,3% - 0,8052 manatdan/$1 0,8028 manatadək/$1 möhkəmlənib. Martda manatın ABŞ dollarına nisbətdə orta ölçülmüş məzənnəsi 0,804 manat/$1 təşkil edib. Halbuki, fevralın yekunları üzrə bu, 0,8063 manat/$1 təşkil edib.
Eyni zamanda il ərzində milli valyutanın birja məzənnəsi ABŞ dollarına nisbətdə 3,3% möhkəmlənib.
2009-cu ilin martında valyuta bazarında aparıcı bank-operatorlar “Bank Respublika” (ümumi həcmin 16,97%-i), “Bank Standard” (7,61%), “Kapital bank” (3,48%), “Bank Silk Way” (3,23%), Azərbaycan sənaye bankı (2,94%) olub.