«Azərenerji» SC (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) 2009-cu ilin yanvar-mart aylarında 5,8 mlrd. kV/s elektrik enerjisi hasil edib ki, bu da 2008-ci ilin analoji dövrünün göstəricisindən 8% aşağıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SC-nin mətbuat xidmətindən məlumat verilib.
Hasilatın ümumi həcmindən 5,3 mlrd. kV/s elektrik enerjisi istilik elektrik stansiyalarında (azalma 3,6%), 0,5 mlrd. kV/s su elektrik stansiyalarında (azalma 37,5%) istehsal olunub.
Martda respublikada elektrik enerjisinin istehsalı 1,9 mlrd. kV/s təşkil edib ki, bundan 1,7 mlrd. kV/s İES-in, 0,2 mlrd. kV/s - SES-in payına düşür.
2009-cu ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 22 mlrd. 541,4 mln. kV/s, tələbat 19 mlrd. 122,2 mln. kV/s səviyyəsində proqnozlaşdırılır.