Ötən çərşənbə axşamı Bakıda baş vermiş yol-nəqliyyat hadisələri dörd nəfərin yaralanmasına səbəb olub. Bu haqda “İnterfaks-Azərbaycan” agentliyinə respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Respublikanın paytaxtında dünən (çərşənbə axşamı – İF-Az) baş vermiş dörd yol-nəqluyyat qəzasında 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb,” – deyə çərşənbə günü Yol Polisi Xidmətindən bəyan ediblər.DİN-dən deyiblər ki, bütövlükdə, Bakı şəhərində yol hərəkəti qaydalarını pozmuş 1609 sürücü qeydə alınıb və inzibati məsuliyyətə cəlb olunub. Eləcə də qeydə alınmış pozuntulardan 7 fakt avtoxuliqanlıq, 32 fakt sürücülük vəsiqəsi olmadan avtonəqliyyat vasitəsini idarə etmək, 30 fakt sərxoş vəziyyətdə avtonəqliyyat vasitəsini idarə etmək, 97 fakt ötüb keçmə və dönmə qaydalarını pozma, 88 fakt sürətin artırılması kimi qeydə alınıb.