Moldovanın prezidenti Vladimir Voronin bəyan edib ki, ixtişaşlar təkrarlansa, hüquq-mühafizə orqanları güc tətbiq edəcəklər.
"Dözümün də bir həddi var. Biz bu vakxanaliyaya baxa bilmərik və ən qəti şəkildə onun kökünü kəsəcəyik,” – deyə V.Voronin çərşənbə günü Kişinyovda hökumət evində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdə bildirib. O, baş verən hadisələri dövlət çevrilişinə cəhd adlandırıb.
"Rumıniyanın bayrağı dövlət binalarının üstünə qaldırılanda müxalifətin dövlət çevrilişi etmək cəhdləri aydın oldu. Buna yol verməyəcəyik,” – deyə V.Voronin qeyd edib.