Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan haqda yeni məruzə hazırlayır. Bunu AŞPA-nın monitorinq komitəsinin həmməruzəçisi Andreas Herkel deyib.
“AŞPA-nın Azərbaycandakı vəziyyət üzrə hesabatı iki il əvvəl hazırlanıb. Bu müddətdə ölkədə müəyyən proseslər gedib ki, bu da yeni belə sənədin hazırlanmasını zəruri edir,” – deyə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan parlamentində A.Herkelin cümə axşamı Bakıda AŞPA-nın azərbaycanlı nümayəndə heyətinin üzvlərilə görüşdə dediyi sözlərini sitat gətiriblər.
Öz növbəsində milli nümayəndə heyətinin başçısı S.Seyidov bəyan edib ki, Azərbaycan “bütün beynəlxalq təşkilatlara açıqdır və bütün istiqamətlərdə fikir mübadiləsi aparmağa hazırdır.”“Azərbaycan həm AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsində əhəmiyyətli irəliləyişlərə, həm də demokratik proseslərin inkişafı prosesində uğurlara nail olub,” – deyə S.Seyidov bildirib.