Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanı cümə günü Aşqabadda keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil edir. XİN-in mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, iclasda iştirak çərçivəsində X.Xələfovun birlik ölkələrindən olan bir neçə həmkarı ilə görüşü planlaşdırılır.
İclasda müxtəlif sahələrdə əməkdaşlığa dair 20 məsələnin nəzərdən keçirilməsi planlaşdırılır. Nazirlər humanitar əməkdaşlıq sahəsində, o cümlədən 2009-2010-cu illərdə MDB dövlətlərinin təhsil sahəsində prioritet tədbirləri müəyyən edəcək, cari il üçün MDB çərçivəsində xarici siyasət idarələri arasında çoxsəviyyəli Planın gerçəkləşdirilməsi, bu ölkələrin miqrasiya siyasəti və hüquq-mühafizə sahəsində qarşılıqlı fəaliyyətə dair təkliflərin hazırlanması məsələlərini müzakirə edəcəklər.