Gəncədə əhalinin aprelin 13-22-də keçiriləcək siyahıya alınmasına hazırlıq çərçivəsində 1054 sayıcı qeydiyyatdan keçib. Bunu “İnterfaks-Azərbaycan” agentliyinin bölgə müxbiri xəbər verir.
“Gəncədə aprelin 13-də başlayacaq əhalinin siyahıya alınmasına hazırlıq artıq başa çatıb. 21 siyahıya alma məntəqəsi, 146 təlimat məntəqəsi və 731 sayıcı hazırdır. Sayıcılar şəhərin xəritə-sxemi ilə tanış olublar,” - deyə Gəncədə Əhalinin Siyahıya alınması Mərkəzinin rəhbəri Məmməd Əliyev bildirib.
O həmçinin qeyd edib ki, sayıcılara xüsusi kartlar, əhalinin siyahıya alınması vərəqləri və sorğu anketləri verilib.
“Sayca səkkizinci olan sorğunun anketinin 35 sualı BMT və YUNESKO-nun müvafiq sorğu formalarına salınıb,” – deyə M.Əliyev bildirib.