Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, çərşənbə günü silahlı qüvvələrin yüksək rütbəli zabitləri ilə görüşündə Muxrovani bazasındakı üsyançı zirehli tank batalyonunun həmin ərəfədə elan edilən bir saatlıq ultimatumu yerinə yetriməyəcəyi halda o, qiyamın yatırılması ilə bağlı əməliyyatın başlanması haqda əmr verə bilərdi.
"Mən dünən axşam onlara təslim olmaq və silahı yerə qoymaq üçün bir saat vaxt verdim. Lakin əgər bu ultimatuma əməl olumasaydı, hərbi əməliyyat başlaya bilərdi. Biz qüvvələrimizi baza ətrafında yerləşdirdik, yüksəkliklərdə isə artilleriya və tanklar dayanmışdı", - deyə M.Saakaşvili bəyan edib.
O qeyd edib ki, qiyamın bütün iştirakçıları ən ciddi şəkildə qanun qarşısında cavab verəcəklər. Bu zaman prezident iddia edib ki, sıravi hərbi qulluqçular komandirləri tərəfindən aldadılıblar, buna görə də onlar daha az cəzalanacaqlar.
"Dünən qiyam yatırlandan sonra sübut oldu ki, Gürcüstan əvvəlki illərdən fərqli olaraq dövlətdir", - deyə prezident bəyan edib.