Grücüstan prezidenti Mixail Saakaşvili çərşənbə günü Silahlı Qüvvələr Birləşmiş Qərargahının zabitləri ilə görüşündə əks-kəşfiyyat əməkdaşları tərəfindən casusun həbs olunduğunu bildirib.
O qeyd edib ki, saxlanılan şəxs dörd il Brüsseldə Gürcüstanın NATO-dakı diplomatik missiyasında çalışıb.
M.Saakaşvili deyib ki, “saxlanılan şəxs ötən ilin avqust hadisələri zamanı düşmənə Gürcüstan qoşunlarının dislokasiyası haqda məlumat verib”.
Onun sözlərinə görə, “göründüyü kimi, həmin şəxs bir neçə il öncə qonşu dövlətin xüsusi xidmət orqanları tərəfindən ələ alınıb”. “O, Gürcüstanın təhlükəsizliyinə böyük zərər vurub”,-deyə prezident vurğulayıb.
O, “pula görə düşmənə işləyən” keçmiş diplomatın hərəkətini mənəviyyatsızlıq adlandırıb.