Mayın 13-də Bakıda Azərbaycan və Almaniyanın futbol veteranları arasında yoldaşlıq oyunu keçiriləcək. Bu barədə çərşənbə günü Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) rəsmi saytında məlumat verilir.
Məlumatda qeyd olunur ki, artıq hər iki tərəfdən komandaların heyətləri müəyyən edilib. Qonaqların komandasında Marko Remer, Uve Raynders, Yorq Haynrik, Fredi Bobiç və digər futbolçular təmsil olunurlar. Azərbaycan komandasına isə Elşad Əhmədov, Oqtay Abdullayev, Maşallah Əhmədov, Nazim Süleymanov və digər məşhur futbolçular daxildirlər.
Oyun AFFA və Almaniya Futbol İttifaqı arasında əldə olunmuş razılaşma əsasında keçirilir. Bu razılaşma Azərbaycanda və Almaniyada iki oyunun keçirilməsini nəzərdə tutur.