Bazar ertəsi xarici işlər nazirinin müavini Xələf Xələfov və Böyük Britaniya XİN-in Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Departamentinin direktoru Maykl Devenport Bakıda Azərbaycan-Britaniya əlaqələrini müzakirə ediblər.
Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər ikitərəfli münasibətlərlə bağlı məsələləri, Qarabağ problemini və onun həlli yollarını müzakirə ediblər. Həmçinin regionda vəziyyətə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.