İranın Azərbaycana təyin olunmuş yeni səfiri Məmmədbaqir Bəhrami bazar ertəsi etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Prezident Administrasiyasından məlumat verilib.
Görüş zamanı İ.Əliyev qeyd edib ki, ölkələrimiz arasında əlaqələr böyük tarixə malikdir. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin bu əlaqələrin genişlənməsindəki əhəmiyyətini vurğulayıb. Səfirə fəaliyyətində uğurlar arzulayan İ.Əliyev ümidvar olduğunu bildirib ki, M.Bəhraminin ölkəmizdə fəaliyyəti müddətində Azərbaycan ilə İran arasında münasibətlər daha da genişlənəcək.
Öz növbəsində səfir ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.