Gürcüstanın BMT-dəki nümayəndəsi Kaxa Lomaya bəyan edib ki, BMT TŞ-nin qəbul etdiyi qətnamələrdə Gürcüstanın ərazi bütövlüyü haqda danışılır.
"Onların heç biri Gürcüstanın ərazi bütövlüyünü şübhə altına almır", - deyə K.Lomaya çərşənbə axşamı BMT TŞ-nin qəbul etdiyi qətnaməni şərh edərkən “Rustavi-2” telekanalının efirində bildirib.
O qeyd edib ki, "BMT baş katibinin məruzəsi fevralın 3-dən bu günədək olan dövrü əhatə edir".
Onun sözlərinə görə, məruzədə BMT missiyası xatırladılarkən birbaşa olaraq bunun Gürcüstandakı BMT missiyası olduğu bildirilir.
"Mətndə söhbət Gürcüstanın iki regionundan - Kodor dərəsi, Qali rayonu da daxil olmaqla Abxaziya və Sameqrelo rayonundan gedir. Mətnin heç bir yerində ərazi bütövlüyü şübhə altına alınmır", - deyə K.Lomaya bildirib.