Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bazar ertəsi A/H1N1 qripinin yayılma təhlükəsinin ən yüksək həddə, altıncı səviyyəyə qaldırmamağı qərara alıblar.
ÜST-in direktoru Marqaret Çan elan edib ki, “təhlükəliliyin beşinci cəviyyədə saxlanması qərara alınıb”.
O, ÜST-yə üzv olan ölkələrin nümayəndələri qarşısında çıxış edərkən virusun hələ də həddindən artıq təhlükəli olduğunu bəyan edib. "Ola bilsin ki, virus bizə nəfəs dərməyə inkan verib, lakin biz onun nə qədər davam edəcəyini bilmirik. Bunun tufandan qabaq sakitlik olduğunu da istisna etmək olmaz", - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, virus artıq dünyanın 40 ölkəsində 8,8 mindən artıq adama yoluxub.