RF-nın Bakıdakı səfiri Vladimir Doroxin Rusiyanın regionları ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini ikitərəfli əməkdaşlığın prioritetlərindən biri hesab edir.
“Növbəti mühüm istiqamət Rusiya regionları və Azərbaycan arasında əlaqələrin inkişafıdır. Əməkdaşlıq zamanı böyük ehtiyatlar üzə çıxır”,-deyə V.Doroxin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, bu sırada Azərbaycana qonşu olan Dağıstanla davamlı münasibətlərin qurulması mühüm önəm daşıyır. Bu, Dağıstan üçün yeni iş yerlərinin yaradılması, sosial məsələlərin həlli deməkdir. Yaxın vaxtlarda Mahaçqalaya gedərək respublika rəhbərliyi ilə danışıqlar aparmaq, ikitərəfli əlaqələrin inkişafı üçün səfirliyin görə biləcəyi işləri müzakirə etmək niyyətindəyəm”,-deyə səfir vurğulayıb.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq olar.