Amerika Senatı Ağ evin Kubadakı Quantanamo bazasında məhbusların saxlanma mərkəzinin bağlanmasına dair planının dəstəkləmədiyini təsdiqləyib.
Beləliklə, Senat Nümayəndələr Palatasının hərbi təxsisatlar haqda qanunla bağlı xərclərin azaldılması barədə qərarına qoşulur. Həmin qərar çərçivəsində mərkəzin bağlanması üçün $80 mln. həcmində maliyyələşmə planlaşdırılıb. Bu barədə çərşənbə axşamı Britaniyanın BBC teleradio korporasiyası məlumat verib.
Həm demokratlar, həm də respublikaçılar indiyədək terror fəaliyyətində şübhəli bilinən 240 nəfərin saxlandığı mərkəzin bağlanmasına dair planın təkmilləşməyə ehtiyacı olduğunu dəstəkləyirlər.
Bundan əvvəl prezident Barak Obama Quantanamodakı mərkəzin 2010-cu ili yanvarınadək bağlanmasına nail olacağını vəd etmişdi.
Senatda demokrat çoxluğun liderləri bəyan ediblər ki, onlar bu məsələyə baxılmasına Ağ evin daha ətraflı plan təqdim etməsindən sonra qayıdacaqlar.