Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıya iki günlük rəsmi səfərə gəlib. Bu barədə “AzərTac” Dövlət Teleqraf Agentliyi xəbər verir.
Gürcüstan prezidentini Heydər Əliyev adına hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Gürcüstan nümayəndə heyətinə bu ölkənin XİN başçısı Qriqol Vaşadze, iqtisadi inkişaf naziri Laşa Jvaniya, energetika naziri Aleksandr Hetaquri və digər rəsmi şəxslər daxildir.
Xəbər verildiyi kimi, Gürcüstan prezidenti səfər zamanı Azərbaycanın dövlət başçısı İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisin spikeri Oqtay Əsədovla görüşlər keçirəcək.