Ötən həftə Azərbaycanda 13 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi DİN-dən məlumat verilib.
Yol qəzaları nəticəsində 4 nəfər həlak olub, 19 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ən iri yol qəzalarından biri Binəqədi rayonunda baş verib. “Mersedes” markalı avtomobilin barıya çırpılması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Balakən rayonunda “VAZ 2107” markalı avtomobilin barıya çırpılması nəticəsində isə 1 nəfər həlak olub, 1 nəfər yaralanıb.