KXDR-in keçirdiyi yeralti nüvə sınaqları BMT TŞ-in Pxenyandan belə sınaqların keçirilməməsini tələb edən qətnaməsinin pozulması deməkdir. Bu barədə Rusiya XİN bəyan edir.
"KXDR-in bu cür hərəkətləri BMT TŞ-in digər qətmanamələrində olduğu kimi Pxenyandan belə sınaqların keçirilməməsini tələb edən 1718 saylı qətnamənin pozulmasından başqa bir şey deyil", - deyə RF XİN-in bazar ertəsi yayılmış bəyanatında bildirilir.
Sənəddə qeyd olunduğu kimi, bu qətnamə BMT Nizamnaməsinin VII bəndinin 41-ci maddəsi üzrə qəbul edilib və BMT-nin üzvü olan dövlətlər tərəfindən yerinə yetirilməsi vacibdir.
"KXDR-in nüvə sınaqları keçirilməsi nüvə silahının yayılmamasına dair müqavilənin möhkəmləndirilməsi üzrə beynəlxalq səylərə ciddi zərbədir və müqavilə ilə müəyyən edilən və belə sınaqların keçirilməsilə bağlı ümumi qəbul olunmuş beynəlxalq normalara ziddir", - deyə Rusiyanın xarici siyasət idarəsini bəyanatında bildirilir.