Azərbaycanda bələdiyyələrin sayı təxminən 1/3 qədər azaldılacaq. Bu barədə parlamentin Regional məsələlər üzrə komitəsinin sədri Arif Rəhimzadə məlymat verib.
“Azərbaycanda 2757 bələdiyyə fəaliyyət göstərir, onlardan 993-ü ləğv ediləcək”,-deyə A.Rəhimzadə bazar ertəsi parlamentin Regional məsələlər üzrə komitəsində “Azərbaycanda bəzi bələdiyyələrin birləşdirilməsi haqqında” qanun layihəsini təqdim edərkən bildirib. Bu barədə Milli Məclisdən məlumat verilib.
“Azərbaycanda bələdiyyələrin sayı 36% azalacaq”,- deyə komitə sədri vurğulayıb.
A.Rəhimzadənin sözlərinə görə, layihəyə əsasən Azərbaycanda 1764 bələdiyyə fəaliyyət göstərəcək. Sonradan iki yeni bələdiyyə - Füzuli rayonunda Zabucuq-1 və Zabucuq-2 bələdiyyələri yaradılacaq. “Beləliklə, ölkədə 1766 bələdiyyə fəaliyyət göstərəcək”,-deyə o bildirib.Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu və 2004-cü illərdə keçirilib. Üçüncü bələdiyyə seçkiləri 2009-cu ilin sonlarında keçiriləcək.