Bolqarıstan prezidentinin iqtisadi, elm və təhsil məsələləri üzrə müşaviri, Rektorlar Şurasının sədri, professor-doktor Borislav Borisovun rəhbərliyi ilə nümayəndə heyəti iyunun 1-6-da Azərbaycanda səfərdə olacaq.
Bolqarıstanın Bakıdakı səfirliyinin məlumatına görə, nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin dəvətilə gəlir.
Səfər zamanı nümayəndə heyəti mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə, təhsil naziri Misir Mərdanovla və Bakının ali məktəblərinin rektorları ilə görüşəcək.