Gürcüstanda BMT missiyası ilə vidalaşırlar və Moskvanın TŞ-da onun aradan qaldırılması haqda səsvermədə veto hüququndan istifadə etməsini Rusiya diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirirlər.
"Bizim tərəfimizdən 4 aylıq yaxşı işləməyimizə baxmayaraq, Rusiya veto huququndan istifadə etdi və bu da diplomatiyanın məğlubiyyəti hesab olunur. Nüvə silahı kimi veto sənin təcriddə qaldığını göstərir və sən ondan istifadə etməyə vadar olursan", - deyə Gürcüstanı XİN-in rəhbəri Qriqol Vaşadze çərşənbə axşamı brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti öz vədinə əməl edib və Gürcüstanın ərazi bütövlüyü üzrə beynəlxalq hüquq normalarını şübhə altına almayıb.
Q.Vaşadze qeyd edib ki, BMT TŞ-da 10 ölkə Gürcüstanı dəstəkləyib, 4-ü isə - ÇXR, Liviya, Vyetnam və Uqanda isə onun əleyhinə səs verib. "Bir az sonra ÇXR-in nümayəndəsi Gürcüstanın ərazi bütövlüyünü tanıdığını yenidən təsdiqləyib", - deyə o qeyd edib.
Nazir 16 il ərzində Abxaziyada öz missiyalarını həyata keçirən bütün ölkələrə minnətdarlığını bildirib. "Buna Rusiyanın mövqeyilə bağlı heç də həmişə nail olunmayıb, lakin biz minnətdarlıqla BMT missiyası ilə vidalaşırıq", - deyə o qeyd edib.
Q.Vaşadze bildiirb ki, Gürcüstan 2008-ci il avqustun 12-dən bəri atəşkəs barədə razılaşmaya əməl olunmasına sadiqliyini bir daha təsdiqləyir və “bundan əlavə onun güclənməsinin xeyrinə çıxış edir”.
Nazir onu da qeyd edib ki, Rusiyanın yeni təcavüzünə inanmır, lakin "ehtiyatlı adam kimi hər şeyə hazır olmaq lazımdır".