S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı aktyor sənətinə yiyələnmək üçün qəbul elan edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Studiyada təhsil 2 ildir. Təhsili bitirdikdən sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məzuna “dram teatrı aktyoru” ixtisasına yiyələnməsinə dair diplom veriləcək.
Studiyaya 17 yaşından 25 yaşınadək orta təhsilli gənclər, 17 yaşından 20 yaşınadək orta təhsilli qızlar qəbul olunur.
Studiyada təhsil almaq üçün seçim iki mərhələdə aparılır: abituriyentin ədəbiyyat sahəsində biliyinin üzə çıxarılması üçün söhbət; əzbərdən şer, təmsil, nəsr əsərlərindən parçalar söyləmək, mahnı, rəqs ifası, verilən mövzuya dair etüd.
Ərizələr avqustun 25-dən sentyabrın 1-dək qəbul edilir.