2009-cu ilin yanvar-may aylarında Azərbaycanın sənaye sahəsinə qoyulan investisiyalar ötən ilin analoji dövrü ilə müqayisədə 25,7% artaraq 1 mlrd. 48,1 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Statistik məlumatlara görə, 2009-cu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların 38,8%-i sənayeyə yönəldilib.
Hesabat dövründə hasilat sənayesinə investisiyalar 727,6 mln. manat (azalma 38,6%) təşkil edib.
2009-cu ilin yanvar-may aylarında emal sənayesinə 81,3 mln. manat (artım 37,6%) məbləğində investisiya qoyulub. Hesabat dövründə elektrik enerjisi, qaz və su istehsalı və onun paylanmasına qoyulan investisiyaların həcmi 239,2 mln. manat (artım 44,5%) təşkil edib.
Bundan əlavə, yanvar-may aylarında nəqliyyat sahəsinə 866,9 mln. manat (artım 48,2%), ASK 98,4 mln. (artım 33,2%), tikinti sahəsinə 191,8 mln. (artım 21,6%), dövlət idarəetmə sahəsinə 111,8 mln. (azalma 22,9%), rabitəyə 32,6 mln. (azalma 40,4%) məbləğində investsiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.