RF Prokurorluğu yanında İstintaq Komitəsinin Moskva üzrə İstintaq İdarəsi “Rosneft”in vitse-prezidentinin oğurlanmış oğlunun azad edildiyi barədə məlumat yayıb.
"Bu gün gecə “Rosneft”in vitse-prezidentinin oğlu, bu ilin aprelində Qubkin adına Neft və Qaz Universitetinin yaxınlığında oğurlanmış oğlu azad edilib", - deyə idarənin rəhbəri Anatoli Baqmet "İnterfaks"a bildirib.
O qeyd edib ki, oğurluq faktı üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi qaldırılıb.
Hazırda təhqiqat aparılır, "bu cinayətin törədilməsində əli olduğu güman edilən bütün şəxslər müəyyən edilir",-deyə A.Baqmet bildirib.
Onun sözlərinə görə, bu işin araşdırılması RF PİK-nin sədri Aleksandr Bastrıkinin xüsusi nəzarəti altındadır.
Bir qədər əvvəl RF PİK-nin rəsmi nümayəndəsi Vladimir Markin “İnterfaks”a bildirmişdi ki, “Rosneft” ASC-in vitse-prezidenti Mixail Stavskinin oğlu 18 yaşlı M.Stavski aprelin 13-də təxminən günorta saatlarında Qubkin adına Neft və Qaz Universitetinin binası yaxınlığında 4 naməlum şəxs tərəfindən oğurlanıb. Cinayətkarlar M.Stavskini zorla BMV avtomobilinə oturdaraq hadisə yerindən uzaqlaşıblar.
"Cinayətlə işi ilə əlaqədar şahid qismində M.Stavskinin valideynləri, qohumları və tanışları, eləcə də hadisənin şahidləri dindiriliblər", - deyə V.Markin bildirib.
M.Stavskinin oğurlanması faktı ilə bağlı 2009-cu il aprelin 14-də cinayət işi açılıb.