Rusiya tərəfi hesab edir ki, müttəfiq qoşunlarının Normandiyaya çıxarılmasının 65-ci ildönümü təntənələrində İkinci Dünya Müharibəsinin gedişi Qərb liderləri tərəfindən özünəməxsus və kifayət qədər düzgün olmayan şəkildə izah edilib.
"İkinci Dünya Müharibəsində qələbənin (faşizm üzərində - İF) iştirakçıların demək olar hamısının çıxışında səslənən özünəməxsus izah diqqəti özünə cəlb edir. Amerika prezidenti “Şərq cəbhəsində ən ağır itkiyə məruz qalan ruslar haqda” xatırladan yeganə şəxs oldu", - deyə RF XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko cümə axşamı jurnalistlərlə görüşündə bildirib.
"Biz Normandiya uğrunda döyüşlərin əhəmiyyətini azaltmaq və İkinci Dünya Müharibəsində müttəfiqlərimizin əsgərlərinin igidliyini şübhə altına almaq niyyətində deyilik, lakin müharibənin gedişi və onun nəticələrini qiymətləndirilməsində düzgünlüyün tərəfdarıyıq", - deyə o qeyd edib və məhz Sovet İttifaqının “Hitler ordusunun ən dəhşətli zərbələrinə sinə gərdiyini” xatırladıb.