Mərkəzi Seçki Komissiyası (MSK) dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçici siyahılarının dəqiqləşdirilməsini aparır. Bu barədə MSK sədri Məzahir Pənahov çərşənbə axşamı məlumat verib.
“MSK seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğuldur. Qarşıdakı bələdiyyə seçkiləri ilə əlaqədar bu məsələdə diqqətli olmaq lazımdır”,-deyə M.Pənahov MSK-nın iclasında bildirib. O əmin olduğunu bildirib ki, bələdiyyə seçkilərinin hazırlanması üzrə iş onların elan olunması ilə bağlı seçki qanunvericiliyndə müəyyən olunmuş tarixə kimi başa çatdırılacaq.
M.Pənahov respublika üzrə bələdiyyələrin birləşdirilməsi haqda parlamentin qərarını müsbət qiymətləndirib. “Bələdiyyə üzvlərinin bu təşəbbüslə çıxış etməsi və parlamentin qanuna uyğun olaraq bəzi bələdiyyələrin birləşdirilməsi haqda qərar qəbul etməsi düzgündür. Bu, çox düzgün qərardır. Zənnimcə, gələcəkdə iri bələdiyyələrin necə inkişaf etdiyini və fəaliyyət göstərdiyini görən kiçik bələdiyyələr özləri birləşəcəklər”,-deyə MSD sədri vurğulayıb.