Milli Məclis çərşənbə axşamı yaz və növbədənkənar sessiyaları başa vurub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
“Yaz və növbədənkənar sessiyalar zamanı biz tarixi əhəmiyyətli qanunları qəbul etdik”,-deyə spiker Oqtay Əsədov bildirib. O, qanunvericilik aktlarının müzakirəsində və qəbulunda fəal iştiraka görə deputatlara təşəkkürünü bildirib.
Parlamentin yaz sessiyası martın 1-də işə başlayış və mayın 31-də işini başa vurub. Növbədənkənar sessiya iyunun 1-də başlayıb.
Qanunvericilik orqanının payız sessiyası sentyabrın 30-da başlayacaq və 2009-cu il dekabrın 30-dək davam edəcək.