Azərbaycan Mərkəzi Bankı (AMB) bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə xüsusi qrupun fəaliyyətini canlandırmaq niyyətindədir. Bu barədə AMB-nin məlumatında deyilir.
Qeyd olunur ki, AMB-də bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə xüsusi qrup 2006-cı ildən fəaliyyət göstərir.
"Qrupun fəaliyyətinin əsas istiqamətləri istehlakçıların müraciətlərinin və təkliflərinin qeydiyyatı və araşdırılması, istehlakçıların bank xidmətləri ilə bağlı maarifləndirilməsi və onların hüquqlarının təmin edilməsi, eləcə də bank xidmətlərinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasıdır”, - deyə məlumatda bildiriliFəaliyyəti dövründə qrup əhalidən çoxlu sayda müraciət və təklif alıb. Ancaq AMB onun fəaliyyətini canlandırmağı və əhali ilə əlaqə səviyyəsini artırmağı planlaşdırır.
Xəbər verildiyi kimi, ötən həftə Dünya Bankı Azərbaycanda maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətə və maliyyə təhsilinin səviyyəsinə dair ilkin hesabatın təqdimatını keçirib. Bundan əlavə, bank bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün AMB-yə və hökumətə təkliflər paketini təqdim edib.