2009-cu il sentyabrın 18-dən 24-dək Bakıda XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan agentliyinə Azərbaycan Kinematoqrafçılar Birliyindən məlumat verilib.
Festivalın təşkilatçıları MDB və Baltik ölkələri Kinematoqrafçılar Birliyinin dəstəyilə Azərbaycan Kinematoqrafçılar Birliyi və Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondudur.
Azərbaycan, Rusiya, Estoniya, Polşa, Bolqarıstan, İran və digər ölkələrdən kinematoqrafçılar öz işlərini festivala təqdim edəcəklər.
Festival 1996-cı ildən başlayaraq hər il keçirilir.