Gürcüstanın baş naziri Nika Gilauri ABŞ prezidenti Barak Obamanın Moskvada Gürcüstanla bağlı söylədiyi fikirləri müsbət qiymətləndirib.
"Obama Gürcüstanı iki ölkə arasında razılığın əldə olunmadığı yeganə məsələ kimi qeyd edib", - deyə çərşənbə axşamı N.Gilauri ABŞ və Rusiya prezidentləri Barak Obama ilə Dmitri Medvedyevin görüşünün yekunlarını şərh edərkən jurnalistlərə bildirib.
"Bu, ABŞ-ın yeni administrasiyasının Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi ilə bağlı vacib siqnaldır və bir daha ggöstərir ki, Gürcüstan mübadilə predmeti olmayacaq", - deyə baş nazir qeyd edib.