Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov çərşənbə günü Rusiyanın respublikadakı səfiri Vladimir Doroxini qəbul edib. Bu barədə partiyanın saytında yerləşdirilmiş məlumatda deyilir.
Ə.Əhmədov Azərbaycanla Rusiya arasında siyasi və iqtisadi sahələrdə əlaqələrin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyinə əmin olduğunu deyib.
Öz növbəsində, V.Doroxin ikitərəfli əlaqələrin perspektivlərinə dair bu fikirlə razılaşaraq, sarsılmaz dostluq münasibətlərinin inkişaf edəcəyini qeyd edib.
Ə.Əhmədov Qarabağ probleminin nizamlanmasında Rusiyanın vasitəçiliyini yüksək qiymətləndirib və bildirib ki, yaxın gələcəkdə münaqişənin sülh yolu ilə həllinə nail olunacaq.