Cümə axşamı səhər Rusiya təbii qazının Gürcüstan ərazisilə Ermənistana nəqli bərpa edilib. Bu barədə “İnterfaks”a “Gürcüstan neft və qaz korporasiyası” MMC-dən məlumat verilib.
Tranzit iyulun 8-də Gürcüstan ərazisindəki “Qırmızı körpü” qaz-ölçmə stansiyasında bərpa işlərinin aparılması ilə əlaqədar dayandırılmışdı.
MMC nümayəndəsinin sözlərinə görə, Gürcüstanın qaz nəqli şirkətinin mütəxəssisləri erməni həmkarları ilə birlikdə stansiyada bütün texniki işləri operativ yerinə yetiriblər. Bundan sonra qazın tranziti bərpa edilib.
Rusiyadan Gürcüstana və Ermənistana təbii qazın nəql olunduğu “Şimal-Cənub” qaz kəməri 1970-ci ildə inşa edilib. Gürcüstan Rusiya qazının tranzitinə görə qazın Ermnənistana nəqlinin ümumi həcmindən 10%-i alır.