Azərbaycan Hesablama Palatası (AHP) səhiyyə sayəsində dövlət proqramlarından istifadə olunmasının auditini keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə palatadan məlumat verilib.
AHP səhiyyə sahəsində üç dövlət proqramının və üç fəaliyyət planının icrasının auditini keçirməyi planlaşdırır. Bunlar hemofiliya və talassemiya, şəkərli diabetə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, qan donorluğunun inkişafı, böyrək çatışmazlığına qarşı mübarizə, yoluxucu xəstəliklərin immunprofilaktikası, həmçinin ana və uşaqların sağlanlığının inkişafı ilə bağlıdır.
Bundan əlavə, palata bəzi kapital qoyuluşlarının proqnozlaşdrılması və maliyyələşdirilməsi üçün audit sisteminin aparılmasını planlaşdırır.
Audit çərçivəsində “Meliorasiya və su təsərrüfatı” SC-nin ərazi qurumlarında meliorasiya xərclərinin proqnozlaşdırılması və maliyyələşdirilməsinin auditinin, həmçinin Rus Dram Teatrında təmir-bərpa işlərinin aparılması üçün vəsaitin xərclənməsinə nəzarətə dair tədbirlərin təhlilinin keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, Hesablama Palatası Azərbaycanın Polşadakı səfirliyində keçirilən auditin nəticələrini təsdiqləyib. Audit səfirliyin saxlanması xərclərinin proqnozlaşdırılması sisteminin təhlilinin, dövlət büdcəsinin hesablanması, 2004-2007-ci illlərdə və 2008-ci ilin yanvar-oktyabr aylarında onların dövlət büdcəsinə ödənilməsinin təhlili ilə bağlı olub.
AHP 2009-cu ildə 35 auditor və 13 analitik tədbirin keçirilməsini planlaşdırır.