Rusiya hərbi-dəniz donanmasının (HDD) baş komandanı, admiral Vladimir Vısotski və Türkiyənin hərbi dəniz qüvvələrinin (HDQ) komandanı, admiral Mətin Ataç Moskvada iki ölkə donanmaları arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“İnterfaks”a cümə axşamı HDD informasiya xidmətindən verilən məlumata görə, “danışıqlar zamanı Rusiya və Türkiyə tərəfləri Qara dənizdə qarşılıqlı fəaliyyətin və təhlükəsizliyin təminatı məqsədliə bundan sonra da hərbi-dəniz xətti üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.
2006-cı ildən Qara dəniz donanmasının gəmiləri “Qara dəniz harmoniyası” hərbi-dəniz təlimlərində müntəzəm iştirak edirlər. Bundan əlavə, Rusiya HDD və Türkiyə HDQ gəmiləri daimi əsaslarla “BLEKSİFOR” və “Qara dəniz tərəfdaşlığı dövlətlərinin hərbi-dəniz qüvvələri təlimlərində iştirak edərək sülhməramlı tapşırıqları yerinə yetirirlər.