Ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan sovet dövründə artıq bütün dünyada tanınırdı. Heydər Əliyev irsini araşdırma mərkəzinin rəhbəri Asəf Nadirov belə hesab edir.
«Heydər Əliyevin sayəsində Azərbaycan sovet dövründə mütəxəssislərin hesablamalarına görə, özünü lazım olan hər şeylə tam təmin edə bilən iki respublikadan biri olub, - deyə o, cümə günü “Sabaha doğru” adlı kitabın təqdimat mərasimində bəyan edib. A.Nadirovun sözlərinə görə, sovet dövründə H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə 218 yeni müəssisə inşa edilib.
«Bu, onun Azərbaycanda hakimiyyətə gəlişinə qədər yaradılmış müəssisələrin 70%-ni təşkil edir», - deyə mərkəzin rəhbəri bildirib. O deyib ki, H.Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuş kitabda 40 material, o cümlədən H.Əliyevin 32 çıxışı və hazırki prezident İlham Əliyevin 8 çıxışı toplanıb.A.Nadirovun sözlərinə görə, kitab H.Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində 20 yanvar 1990-cı il hadisələrinə həsr olunmuş çıxışından başlayır. O əlavə edib ki, ümumilikdə, kitabda H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərə aid proqram nitqləri toplanıb.